ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında son həftələrdə İrana qarşı mümkün hücumla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.
Demokrat.az-ın İsrailin "Kanal 13" telekanalına istinadən məlumatına görə, adı açıqlanmayan təhlükəsizlik rəsmiləri oktyabrın 27-də keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalının aşağı olduğunu bildiriblər.
Məlumata əsasən, Netanyahu da seçkilərdən əvvəl belə bir hücumun həyata keçirilməsini istəmir.
İsrail ordusunun İrana müstəqil hücum, ABŞ-la birgə əməliyyat və İrandan mümkün zərbələrə cavab ssenarilərinə hazırlaşdığı qeyd olunub.
İsrail tərəfi ABŞ-ın gələcəkdə İrana qarşı hücumları bərpa edə biləcəyini də ehtimal edir.
Qeyd edək ki, bunlar İsrail mediasının və adı açıqlanmayan rəsmilərin iddialarıdır.
Vaşinqton və Təl-Əviv mümkün hücumla bağlı yekun qərarın qəbul edildiyini təsdiqləməyib.


