Dünya

Oxşarı and-aman etdi, inanmadılar, DNT testi verdi - Epşteyn sağdır? (FOTOLAR)

Oxşarı and-aman etdi, inanmadılar, DNT testi verdi - Epşteyn sağdır? (FOTOLAR)

Həbsxanada həyatını itirən amerikalı milyarder Ceffri Epşteynə bənzəyən Peter Simel DNT testi etdirib.

Demokrat.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, ABŞ-nin Florida ştatının Palm-Biç bölgəsində yaşayan Peter Simel Epşteyn olmadığını ictimaiyyətə sübut etmək üçün İsraildə analiz verib. Bununla bağlı video da yayımlanıb.

Görüntülərdə Peter Simelin İsraildəki xəstəxanaların birində DNT testi verməsi əks olunub. Testin nəticələri hələ açıqlanmayıb.

Oxşarı and-aman etdi, inanmadılar, DNT testi verdi - Epşteyn sağdır? (FOTOLAR)

Fotoda Ceffri Epşteyn

Qeyd edək ki, "Palm Biç Pit" kimi tanınan Peter Simel Floridada üstüaçıq avtomobil idarə edərkən Endryu Pouzi adlı şəxs onu videoya çəkib. O, görüntülərdəki şəxsin Ceffri Epşteyn olduğunu iddia edib. Bundan sonra Peter Simel təzyiqlərə məruz qalıb.

Simel qatıldığı proqramda da Epşteyn olmadığını bildirib, hətta yalan detektoru testindən keçib. Lakin şayiələr səngiməyib. Nəticədə, o, DNT analizi verməyə məcbur qalıb.

Oxşarı and-aman etdi, inanmadılar, DNT testi verdi - Epşteyn sağdır? (FOTOLAR)

Fotoda Ceffri Epşteynin oxşarı Peter Simel

Xatırladaq ki, ABŞ-li milyarder və iş adamı Ceffri Epşteyn azyaşlı qızlara qarşı cinsi istismar cinayətlərinə görə 2019-cu ildə həbs edilib. Həmin ilin avqustunda o, cəza çəkdiyi kamerada ölü tapılıb.

Tibbi ekspertiza Ceffri Epşteynin özünü asaraq intihar etdiyini müəyyən edib. Bununla belə, onun ölümü ilə bağlı müxtəlif sui-qəsd nəzəriyyələri yayılıb. 2025-ci ildə ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) yenidən araşdırma apararaq Epşteynin intihar etdiyi qənaətini təsdiqləyib.

Oxşarı and-aman etdi, inanmadılar, DNT testi verdi - Epşteyn sağdır? (FOTOLAR)