Gündəm

Şəhidimiz Seymur Ələsgərov dəfn edildi — VİDEO+FOTO/YENİLƏNİB

Şəhidimiz Seymur Ələsgərov dəfn edildi — VİDEO+FOTO/YENİLƏNİB

Azərbaycan Ordusunun giziri, şəhid Seymur Ələsgərov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Demokrat.az-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları və hərbçi yoldaşları ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları,digər rəhbər şəxslər və şəhər sakinləri iştirak edib.

Şəhidimiz AzərbaycanDövlət Himninin sədaları altında son mənzilə yola salınıb. Dəfn mərasimizamanı havaya yaylım atəşi açılıb.

Xatırladaq ki, fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Ülfət Quliyev

Demokrat.az

D
demokrat.az