Noyabr ayında 5 və 6 günlük iş həftəsi ilə çalışanların neçə gün istirahət edəcəyi məlum olub.
Demokrat.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında 5 günlük iş həftəsi ilə çalışanlar 19 gün işləyəcək, 11 gün istirahət edəcəklər.
6 günlük iş həftəsində çalışanlar üçün isə 22 iş günü və 8 istirahət günü olacaq.
Qeyd edək ki, noyabrın 8-i Azərbaycanda Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Zəfər Günü bazar gününə təsadüf etdiyindən 10 noyabr da istirahət günü olacaq.
Beləliklə, noyabr ayında 5 günlük iş rejimində çalışanları ümumilikdə 11 istirahət günü gözləyir.
Jalə


