Siyasət

"Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir"

Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir

Mövcud infrastrukturun yenilənməsi çərçivəsində yeni cəzaçəkmə müəssisələri tikilir.

Bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.

Nazir bildirib ki, artıq Qaradağda 2000 məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikintisinə başlanılıb:

"Eyni zamanda Umbakıda 35 hektar ərazidə 6-7 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Bununla yanaşı, Gəncədə cəzaçəkmə müəssisəsinin inşası nəzərdə tutulub. Beləliklə, mövcud infrastrukturu yeniləmək məqsədilə gələcəkdə təxminən 11 min məhkum üçün nəzərdə tutulan yeni cəzaçəkmə müəssisələrini istifadəyə verməyi hədəfləmişik. Bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulub".

F. Əhmədov vurğulayıb ki, bu cəzaçəkmə müəssisələri tam müasir standartlara cavab verəcək.

"Burada həm yeni peşə təhsili infrastrukturunun, həm də cəza çəkənlərə nəzarət mexanizmlərinin rəqəmsal alətlərlə - üz tanıma sistemləri və digər texnoloji həllərlə qurulması nəzərdə tutulur. Bu da öz növbəsində islah prosesinə mühüm töhfə vermiş olacaq".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

B
Qeyd edilməyib