Türkmənistdanda qarşılıqlı ticarəti dərinləşdirmək və ortaq ekoloji çağırışlar, xüsusilə də Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Avaza" Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir.
"Orta Dəhlizin yükdaşıma imkanlarını artırmaq, rəqəmsal şəbəkələri genişləndirmək, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji yaşıl enerji tərəfdaşlığını inkişaf etdirmək üçün konkret birgə addımları vurğuladıq", - nazir "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, qarşıdan gələn Zirvə görüşünə hazırlıqlar da nəzərdən keçirilib.


