Ürək üçün yumurtanın ən faydalı hazırlanma üsulu onu suda qaynatmaqdır.
Demokrat.az xəbər verir ki, bunu kardioloq Kreyq Basman bildirib. Məlumatı "Parade" jurnalı yayıb.
"Yumurtanı tamamilə suda bişirdikdə pis xolesterinin səviyyəsini artıra biləcək əlavə doymuş yağların və ya yağların istifadəsindən qaçırsınız", deyə mütəxəssis deyib.
Basman əlavə edib ki, yumurtadan qayğanaq və ya omlet də hazırlamaq olar. Bu halda az miqdarda zeytun yağı və ya avokado yağından istifadə etmək kifayətdir. Həkim qeyd edib ki, yeməyi zəif odda bişirmək lazımdır.
Bundan əvvəl qastroenteroloq Mariya Mersedes bildirib ki, toyuq və bildirçin yumurtalarının qida dəyəri ümumilikdə müqayisə edilə bilər. Bununla belə, bildirçin yumurtalarında dəmir, kalium, kalsium, həmçinin B2 və B12 vitaminlərinin miqdarı daha yüksəkdir.
Mütəxəssisin sözlərinə görə, eyni çəkidə porsiyalar müqayisə edildikdə hər iki yumurta növündə zülal, yağ, vitamin və mineralların miqdarı təxminən eynidir.
Jalə


