ABŞ-da avtomobil sahiblərinin ən uzun müddət istifadə etdiyi modellər müəyyənləşdirilib. Siyahıda Toyota modelləri üstünlük təşkil edib.
Demokrat.az xəbər verir ki, "iSeeCars"ın məlumatlarına əsasən, ABŞ-da bir avtomobil sahibi nəqliyyat vasitəsindən orta hesabla 8,4 il istifadə etdikdən sonra onu satır. Lakin bəzi modellər var ki, sahibləri onları 15 il və daha çox müddət ərzində istifadə edirlər.
"CarBuzz"un yazdığına görə, Toyota bu baxımdan ən etibarlı avtomobil istehsalçılarından biri hesab olunur. Şirkətin Camry, Corolla və RAV4 kimi modelləri ABŞ-da geniş yayılsa da, uzunmüddətli istifadə reytinqində ilk üçlükdə yer almayıb.
Sahiblərinin 15 il və daha çox istifadə etdiyi avtomobillərin reytinqi belədir:
1. Toyota Prius – 13,7 faiz
2. Toyota Highlander – 12,4 faiz
3. Toyota Tacoma – 11,6 faiz
4. Toyota Sienna – 11,5 faiz
5. Toyota Tundra – 11,3 faiz
6. Honda CR-V – 10,7 faiz
7. Honda Pilot – 10,4 faiz
8. Subaru Forester – 9,8 faiz
9. Toyota 4Runner – 9,4 faiz
10. Toyota Sequoia – 9,1 faiz
Beləliklə, ilk beşlikdəki bütün modellər Toyota markasına məxsusdur.
Araşdırmada həmçinin məlum olub ki, yeni Toyota Prius alanların təxminən üçdə biri avtomobili 10 ildən artıq müddətdə istifadə edir. Bu göstərici modelin uzunmüddətli istifadə baxımından populyarlığını və etibarlılıq reputasiyasını ortaya qoyur.
Jalə


