Səhər yeməyində yumurta yeyənlər üçün sadə bir əlavə yeməyi həm dadlı, həm də qidalı edə bilər. Mütəxəssislər yumurtaya təzə və ya dondurulmuş ispanaq əlavə etməyi məsləhət görürlər.
Demokrat.az xəbər verir ki, ispanaq A və C vitaminləri, kalsium, dəmir və fol turşusu ilə zəngin tərəvəzlərdəndir. Məlumata görə, dondurulma prosesi təzə ispanaqda zaman keçdikcə azala bilən bəzi vitamin və mineralların qorunmasına kömək edə bilər.
İspanağı yumurtaya əlavə edərkən isə bir neçə məqama diqqət etmək lazımdır. Dondurulmuş ispanağın tərkibində çoxlu su olduğundan onu əvvəlcə tamamilə əritmək və artıq mayeni yaxşıca sıxıb çıxarmaq tövsiyə olunur. Əks halda yumurtanın qızarması əvəzinə sulu yemək alın bilər.
Artıq suyu süzgəc, mətbəx dəsmalı və ya əllə çıxarmaq mümkündür. Daha sonra ispanağı yumurtaya əlavə etmək olar. Dondurulmuş ispanaq əvvəlcədən emal edildiyinə görə onu uzun müddət bişirməyə ehtiyac yoxdur, sadəcə tavada qızdırmaq kifayətdir.
Yumurta və ispanaqla yanaşı soğan, pomidor və göbələk də istifadə edilə bilər. Yeməyə mozzarella və ya parmezan kimi pendirlər əlavə etmək də dadını zənginləşdirir.
İspanağın tərkibindəki kalium və maqnezium da orqanizm üçün faydalı minerallar hesab olunur. Bu səbəbdən ispanaq balanslı qidalanmanın bir hissəsi kimi menyuya əlavə edilə bilər.
Jalə


