Dünya

ABŞ sahillərində itmiş təyyarənin qalıqları tapıldı

ABŞ sahillərində itmiş təyyarənin qalıqları tapıldı

ABŞ-nin Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası yaxınlığında yoxa çıxan təyyarənin qalıqlarını aşkarlayıb. Təyyarədə altı nəfər olub.

Demokrat.az-ın ABŞ Sahil Mühafizəsinə istinadən məlumatına görə, axtarış qrupları qəza yerini müəyyənləşdirib və tapılan qalıqların itkin düşmüş təyyarəyə məxsus olduğunu təsdiqləyib.

Təyyarədəki altı nəfərin axtarışı davam edir.

Bermud adalarından Bostona gedən "Gulfstream G100" aviasiya sanitar təyyarəsi ilə əlaqə oktyabrın 3-də səhər tezdən kəsilib.

B
Qeyd edilməyib