Gündəm

"Tək mənə yox, başqa namizədlərə də səs artırıblar" — Erkin Qədirli (VİDEO)

Tək mənə yox, başqa namizədlərə də səs artırıblar — Erkin Qədirli (VİDEO)

"Deputat mandatından imtina etsəm, səsvermə günü işləyənlərin insanların zəhmətini yerə vurmuş olacam".

Bunu 16 saylı Yasamal ikinci seçki dairəsindən lider namizəd Erkin Qədirli “Red Line Channel” kanalına müsahibəsində deyib.

E.Qədirli qeyd edib ki, səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyasının saytında şişirdilib: “Məni qalib etmək üçün şişirtməyiblər, səsvermədə iştirak edən insanların sayını çox göstərmək üçün belə ediblər. Yalnız mənim deyil, başqa namizədlərin də səsini artırıblar. Bunu səslərin çox görünməsi üçün ediblər. 41 səslə qalib gəldiyim məntəqədə 253 səs yazıblar. Görünən odur ki, hakimiyyət seçkilərdə mənə mane olmadı. Qarşıma güclü namizəd də çıxarmadılar. Seçki dairəsinin 8 məntəqəsindəki pozuntular istisna olmaqla, digər məntəqələrdə nə “karusel” oldu, nə də qutuya topa bülleten atıldı. Sanki, seçki dairəsini boş buraxdılar. Qarşıma heç bir şərt qoyulmayıb, heç bir öhdəlik götürməmişəm. Amma görünən odur ki, mənə fürsət veriblər. Hökumət özü də dəyişir, nəsil dəyişimi baş verir. Hökumətdə nazirlər var ki, tələbələrim olub. Tələbələrim arasında nazir müavinləri, idarə, şöbə rəisləri də var. Milli Məclisdə işimi qurarkən seçicilərimi düşünəcəyəm. Onlar bilsinlər ki, mənim kimi əlçatan deputatları olacaq.

O, “Təmsil etdiyiniz partiya “Parlamentdə getməyin” desə, hansı addımı atacaqsınız? sualına belə cavab verib: “Rəsmiyyətə qalsa, öhdəliyim seçicilər qarşısındadır, partiya qarşısındadır. Çünki partiyanın rəsmi qeydiyyat yoxdur. Amma rəsmiyyət o qədər önəmli deyil. Hazırda bu suala konkret cavabım yoxdur. Bu məsələni partiya olaraq deyil, dost kimi İlqar Məmmədovla, Natiq Cəfərli, Rəsul Cəfərovla müzakirə etmişik. İlkin reaksiyalar müsbətdir”. (Pravda.az)

​Demokrat.az

D
demokrat.az