İnfrastruktur

Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır

Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərə biletlər bu gündən satışdadır

Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəlində dəyişiklik edəcək.

Demokrat.az ADY-yə istinadən xəbər verir ki, 1 noyabr 2026-cı ildən etibarən marşrut üzrə əlavə səhər reysləri təşkil olunacaq. Bununla da Bakı-Tbilisi-Bakı istiqamətində gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.

Qeyd olunub ki, əlavə reyslərə biletlərin satışı artıq başlayıb. Sərnişinlər yenilənmiş hərəkət cədvəlinə uyğun olaraq biletlərini əvvəlcədən əldə edə bilərlər.