Siyasət

BBM-in direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb

BBM-in direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb

"Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilib.

Azərbaycan Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, sözügedən siyahının 16.2-ci bəndi ləğv edilib. Həmin bənddə "Bakı Biznes Mərkəzi" (BBM) Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru yer alırdı.

Xatırladaq ki, sentyabrın 21-də Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi barədə qərar verib.