Siyasət

Prezident Misir Mərdanovla bağlı sərəncam imzaladı

Prezident Misir Mərdanovla bağlı sərəncam imzaladı

Misir Cumail oğlu Mərdanov "Şərəf" ordeni ilə təltif edilib.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Misir Mərdanovun 80 yaşı tamam olur. O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə təhsil naziri olub.