Dünya

Çində koronavirusdan ölənlərin sayı 1500 nəfəri ötdü

Çində koronavirusdan ölənlərin sayı 1500 nəfəri ötdü

Çində koronavirusun yeni ştammına (COVID-2019) yoluxanların sayı 66 400 nəfəri ötüb.

RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin məlumatında bildirilir.

Bildirilir ki, yeni virusdan ölənlərin sayı artaraq 1 523 nəfər olub. Ölkədə həmçinin 8 096 sağalaraq xəstəxanalardan evə buraxılıb.

Hal-hazırda virusa yoluxan 11 053 nəfərin vəziyyəti ağırdır. Ölkədə virusa yoluxma şübhəsi ilə 8 900-dən çox insan karantin altına alınıb.

Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 000-dən çox ölkə vətəndaşı isə tibbi nəzarətdə saxlanılır. (“Report”)

D
demokrat.az