Məlumdur ki, unu uyğun qaba tökmək onu zərərvericilərdən, nəmdən, qoxulardan və vaxtından əvvəl xarab olmaqdan qorumağa kömək edə bilər.
Demokrat.az "Simply Recipes" saytına istinadən xəbər verir ki, bu barədə şirniyyatçı Ketrin Sprunq açıqlama verib.
Unu niyə kağız paketdə saxlamaq olmaz?
"Kağız paketlər əslində unun daşınması və satışı üçün nəzərdə tutulub. Əgər bütün paketi dərhal istifadə etməyi planlaşdırmırsınızsa, un nəmə məruz qala bilər. Bu isə onun topalaşmasına və oksidləşməsinə səbəb ola bilər. Bundan əlavə, güvə və böcək kimi zərərvericilər birbaşa paketin içərisinə keçə bilər", deyə o izah edib.
Sprunqun sözlərinə görə, orijinal qablaşdırmada saxlanılan un yaxınlıqda olan məhsulların kəskin qoxularını da özünə çəkə bilər.
Unu saxlamağın ən yaxşı üsulu
Şirniyyatçı unu evə gətirdikdən dərhal sonra hermetik qaba tökməyi məsləhət görür.
"Mən həmişə hermetik qabdan, məsələn, "Cambro" qablardan və ya buna bənzər hər hansı qabdan istifadə edirəm", deyə o bildirib.
Bundan sonra unu sərin, qaranlıq və quru yerdə, məsələn, ərzaq anbarında və ya şkafda, plitə və sobadan uzaqda saxlamaq lazımdır.
"İstilik və nəmlik unun düşmənidir. Onlar xarab olma prosesini sürətləndirir, unun topalaşmasına və zərərvericilərin yaranmasına daha əlverişli şərait yaradır. Tam taxıllı un və qoz-fındıq unu isə ən yaxşısı dondurucuda saxlanılmalıdır", deyə materialda tövsiyə olunur.
Jalə


