Astroloqların fikrincə, 2026-cı ilin oktyabrında bəzi bürclər münasibətlər və keçmişdən qalan problemlərlə bağlı emosional sınaqlarla üzləşə bilər.
Demokrat.az xəbər verir ki, astroloq İna Rouzun "YourTango"ya açıqlamasına görə, Venera və Merkurinin Əqrəb bürcündə eyni vaxtda retrograd hərəkəti bəzi köhnə problemləri yenidən gündəmə gətirə bilər.
Əqrəb
Əqrəblər üçün oktyabrın emosional baxımdan gərgin keçə biləcəyi iddia olunur. Astroloqun fikrincə, keçmiş münasibətlər, köhnə incikliklər və əvvəllər yaşanmış ünsiyyət problemləri yenidən gündəmə çıxa bilər.
Bəzi keçmiş partnyorların yenidən əlaqə saxlaması və ya Əqrəblərin keçmiş münasibətləri daha çox xatırlaması mümkündür. Rouz bu vəziyyətin keçmişə qayıtmaq üçün işarə kimi qəbul edilməməsini tövsiyə edir.
Buğa
Buğalar üçün əsas mövzunun münasibətlər olacağı bildirilir. Retrograd Venera və Merkuri partnyorlar arasında əvvəllər həll edilmiş hesab olunan anlaşılmazlıqları yenidən gündəmə gətirə bilər.
Astroloqun fikrincə, ifadə olunmamış narazılıqlar üzə çıxa və münasibətlərdə gərgin söhbətlərə səbəb ola bilər. Bununla belə, bu dövrün köhnə problemləri birdəfəlik geridə qoymaq üçün son mərhələ kimi qəbul edilə biləcəyi vurğulanır.
Əkizlər
Əkizlər üçün isə astroloji proqnozda əsas diqqət Merkuri retroqradına yönəldilir. Bu bürcün idarəedici planeti hesab olunan Merkurinin retrograd hərəkətinin oktyabrı daha emosional edə biləcəyi iddia olunur.
Astroloqa görə, Əkizlər partnyorlarının sözlərini, mesajlarını və davranışlarını həddindən artıq analiz edə bilər. Bu isə adi söhbətlərin belə mübahisəyə çevrilməsinə gətirib çıxara bilər.
Rouz Əkizlərə xırda anlaşılmazlıqları böyütməməyi və narahat düşüncələrə həddindən artıq qapılmamağı tövsiyə edir.
Jalə


