Siyasət

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır

Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişli reallığa çevriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.