Siyasət

Prezidentin köməkçisi: Azərbaycanın qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq ruhunda inkişaf edir

Prezidentin köməkçisi: Azərbaycanın qonşu ölkələrlə münasibətləri mehriban qonşuluq ruhunda inkişaf edir

Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf etməkdə davam edir.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bəyan edib.