İsrailin Qəzza zolağına hücumu nəticəsində daha bir fələstinli jurnalistin öldüyü bildirilib.
Bu barədə Qəzza hökumətinin Media Ofisinin açıqlamasında bildirilir.
Məlumata görə jurnalist Məhəmməd Əbdüləziz ən-Nəccar İsrailin hücumu nəticəsində həyatını itirib.
Bununla da bölgədə İsrailin hücumları zamanı həlak olan jurnalistlərin sayının 263-ə yüksəldiyi bildirilir.


