Hadisə

Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı

Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı

Qəza səbəbilə Zığ şosesi-8 Noyabr prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Məlumata görə, paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbilə yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.