Bütün ermənilərin katolikosunun aparatına qarşı yeni tədbirlər dalğası hazırlanır.
Demokrat.az-ın məlumatına görə, bu barədə "İravunk" qəzeti xəbər verir.
Ermənistan hakimiyyəti Erməni Həvari Kilsəsinə – xüsusilə də erməni cəmiyyətindəki nüfuzundan istifadə edərək Ermənistanı xarici dövlətlərin vassalı halına gətirməyə çalışan bütün ermənilərin katolikosuna qarşı yeni cinayət işi hazırlayır.
Nəşr xəbər verir ki, baş nazir Paşinyanın baxışlarını bölüşən başqa din xadimləri yeni qüvvə ilə yenidən səhnəyə çıxmaq üzrədirlər və hər kəsi şoka salacaq məqamlar üzə çıxacaq.
Konkret olaraq burada söhbət hazırkı katalikosun dövlət əleyhinə, Ermınistanın suverenliyi əleyhinə yürütdüyü bir çox fəaliyyələrinin ifşasından gedir.
Xatırladırıq ki, 2020-ci ildə Qarabağın azad olunmasından sonra erməni kilsəsi baş nazir Nikol Paşinyana və Azərbaycanla sülh tərəfdarı olan digər siyasi qüvvələrə sözün əsl mənasında müharibə elan edib. Erməni kilsəsi başda daşnak ideyalarının əsas təbliğatçısı olan katalikos olmaqla erməni cəmiyyətini yenidən radikallaşdırmağa və müharibə təbliğatı aparmağa başlayıb.
Alparslan


