Bu gün keçmişlə müqayisədə daha güclü Türkiyə dövləti var. Bu gün gələcəyinə keçmişlə müqayisədə daha böyük ümidlə baxan, ətrafına inam aşılayan, dostlarının etimad bəslədiyi Türkiyə Respublikası var.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"Ən önəmlisi isə budur ki, bu gün daxilində min illik qardaşlıq hüququnu yenidən bərpa edən, xaricdə qonşuları ilə yenidən qucaqlaşan Türkiyə Respublikası var. Biz böyük düşünən, böyük addımlar atan, böyük hədəflər müəyyənləşdirərək həmin hədəflərə əzmlə irəliləyən bir dövlətik. Allahın izni ilə bu yolun sonuna qədər səbrlə gedəcəyik", - deyə o əlavə edib.

