Siyasət

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.

Bu barədə Demokrat.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayolarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub. Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub.

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub - FOTOLAR

B
Qeyd edilməyib