İnfrastruktur

Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirilib — VİDEO

Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirilib — VİDEO

18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Bakı Dəmiryol Vağzalında inklüziv musiqi tədbiri təşkil olunub.

Demokrat.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə keçirilən fləşmob zamanı görmə məhdudiyyətli gənclər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqi parçası səsləndiriblər.

Musiqi nömrəsini Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifov ifa edib. Onları kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev və nağarada Xətai Azayev müşayiət edib.

Milli musiqimizin zənginliyini və inklüzivlik dəyərlərini nümayiş etdirən tədbir vağzalda olan sərnişinlərin marağına səbəb olub.

View this post on Instagram

A post shared by DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi (@dost.inkluziv)

Demokrat.az

D
demokrat.az