Gündəm

Milli Məclisə seçkilərin nəticələri ləğv edilə, seçki yenilənə bilər - AÇIQLAMA

Milli Məclisə seçkilərin nəticələri ləğv edilə, seçki yenilənə bilər - AÇIQLAMA

Fevralın 9-da baş tutmuş və müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkilərinin nəticələri bir sıra narazılıqlarla yadda qalıb. Seçkilərdə iştirak etmək üçün rekord sayda namizəd - 2431 nəfər müraciət edib. Həmçinin, rekord sayda - 1637 nəfərin namizədliyi qeydə alınıb. Lakin yanvarın 31-nə qədər olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Nəticədə, namizədlərin sayı 1325-ə enib. Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil ediblər.

"Narazılıqlarla bağlı faktlar təsdiqini taparsa, seçki prosesi yenidən həyata keçirilə bilər".

Demokrat.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib:

“2015-ci il parlament seçkilərində Ağdaş seçki dairəsinin nəticələri ləğv olundu. 2016-cı ildə təkrar seçki keçirildi. İndi də şikayətlər var, faktlar təsdiqini taparsa, böyük ehtimal yenə də ləğv oluna bilər. Yəni, qanunvericilik buna imkan verir”

Milli Məclisə seçkilərin nəticələri ləğv edilə, seçki yenilənə bilər - AÇIQLAMA

D
demokrat.az