Şou-biznes Özəl

Seda Sayan 200 milyon TL-lik reklam gəliri iddiasına cavab verdi

Seda Sayan 200 milyon TL-lik reklam gəliri iddiasına cavab verdi

Türkiyənin məşhur müğənnisi Seda Sayanın 4 fərqli markanın reklam çarxında çəkilərək ümumilikdə 200 milyon TL qazandığı iddiası gündəmə gəlib.

İstanbulda konserti öncəsi jurnalistlərin suallarını cavablandıran sənətçiyə haqqında səsləndirilən bu böyük məbləğ barədə sual verilib.

Seda Sayan iddianı qəti şəkildə təkzib edib. O, nə 4 reklam çarxının olduğunu, nə də 200 milyon TL-lik qazanc əldə etdiyini bildirib.

“Yox, heç bir əlaqəsi yoxdur. Elə 4 reklam da yoxdur. Həmin məbləğlərlə də həqiqətən heç bir əlaqəsi yoxdur”, – deyə Sayan bildirib.

Müğənni qazancının yüksək olduğunu gizlətmədiyini, lakin vergilərini ödədiyini vurğulayıb. O, vaxtilə vergi rekortmeni olduğunu da xatırladaraq əlavə edib:

“Məni tanıyırsınız, bilirsiniz. Qazandığım vaxtlarda vergi rekortmeni olmuş biriyəm. Qazanıram, vergimi ödəyirəm. Həqiqətən çox şişirdilib.”

Beləliklə, Seda Sayan haqqında yayılan4 reklamdan 200 milyon TL qazanciddiasının həqiqəti əks etdirmədiyini açıqlayıb.

Leyla Demokrat.az

D
demokrat.az