Azərbaycan və Türkiyə Bakı və İrəvan arasında sülh prosesinin irəlilədilməsini müzakirə edib, həmçinin Yaxın Şərq də daxil olmaqla, münaqişələrin siyasi-diplomatik yolla həllinin zəruriliyi barədə ümumi mövqeyi təsdiqləyiblər.
Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) iki ölkənin XİN başçıları Ceyhun Bayramov və Hakan Fidanın Bakıda keçirilən geniş tərkibli görüşünün yekunlarına dair bəyanatında qeyd olunub.
Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində son bir il ərzində əldə olunmuş irəliləyişi, habelə Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına və regional əməkdaşlığın inkişafına yönəlmiş praktiki addımları nəzərdən keçiriblər.
Tərəflər həmçinin Yaxın Şərqdə və digər regionlarda baş verən hadisələr, yeni geosiyasi reallıqlar və davam edən münaqişələr barədə fikir mübadiləsi aparıblar.
"Nazirlər münaqişə və hərbi qarşıdurmaların siyasi və diplomatik yollarla həll edilməli olduğuna dair ortaq mövqeləri təsdiqləyiblər", - bəyanatda bildirilib.


Demokrat.az


