Maraqlı Özəl

Gənclərdə infarkt riskini artıran 5 əsas faktor — Həkimdən mühüm xəbərdarlıq

Gənclərdə infarkt riskini artıran 5 əsas faktor — Həkimdən mühüm xəbərdarlıq

İnfarkt artıq yalnız yaşlı insanların xəstəliyi hesab edilmir. Mütəxəssislər son illərdə gənc yaşlarda da infarkt hallarının artdığına diqqət çəkirlər.

Mütəxəssislərin sözlərinə görə, gənclərdə infarkt riskinin artmasına bir sıra amillər təsir edir. Bunların arasındagenetik meyillilik, siqaret, qeyri-sağlam qidalanma, yüksək arterial təzyiq, şəkərli diabet, yüksək xolesterin və nizamsız həyat tərzixüsusi yer tutur.

Kardiologiya mütəxəssisi Prof. Dr. Ahmet Oytun Baykan bildirib ki, infarktın ən xarakterik əlamətlərindən biri döş qəfəsinin orta hissəsində yaranan təzyiq və sıxılma hissidir.

Onun sözlərinə görə, ağrı döş sümüyünün arxasında başlayaraqqola, çiyinə, kürəyə, çənəyə, hətta mədə nahiyəsinəyayıla bilər.

“Bu ağrı adətən 15–20 dəqiqədən uzun davam edir və infarkt hallarının böyük hissəsində belə özünü göstərir”, – deyə mütəxəssis bildirib.

Qadınlarda əlamətlər fərqli ola bilər

Həkim qeyd edib ki, infarktın əlamətləri hər insanda eyni olmaya bilər. Xüsusilə qadınlarda simptomlar daha fərqli formada özünü göstərə bilər. Döş qəfəsində narahatlıqla yanaşınəfəs darlığı, soyuq tər, ürəkbulanma, halsızlıq və başgicəllənməkimi əlamətlər də müşahidə oluna bilər.

“İlk iş təcili yardıma zəng etməkdir”

Prof. Dr. Baykan infarkt şübhəsi yarandıqda xəstənin öz avtomobili ilə xəstəxanaya getməyə çalışmamasının vacib olduğunu vurğulayıb. “İlk etməli olduğumuz iş təcili yardıma zəng etməkdir. Təcili yardım briqadası hadisə yerində EKQ çəkə, ilkin müdaxiləni həyata keçirə və xəstəni vaxt itirmədən uyğun tibb mərkəzinə çatdıra bilər”, – deyə o bildirib. Mütəxəssis belə vəziyyətdə şəxsin fiziki fəaliyyəti dayandırmasını, dincəlməsini, sıx paltarlarını boşaltmasını və təcili yardım briqadasını gözləməsini tövsiyə edib.

“İnfarktda vaxt itirmək ürək əzələsinin itirilməsi deməkdir”

Həkimin sözlərinə görə, ürəyi qidalandıran damar tıxandıqdan sonra hər keçən dəqiqə ürək əzələsinin zədələnməsi artır.

“İnfarktda vaxt ürək əzələsinə, ürək əzələsi isə həyata bərabərdir. Xüsusilə ilk 1–2 saat ərzində göstərilən tibbi yardım həm həyat qurtara, həm də ürəyin qalıcı zədələnməsinin qarşısını böyük ölçüdə ala bilər”, – deyə Baykan qeyd edib.

Gənclərdə əsas risk faktorları

Mütəxəssis gənc yaşda infarkt riskini artıran əsas amillər arasında bunları sadalayıb: Genetik meyillilik Siqaret istifadəsi Yüksək arterial təzyiq Şəkərli diabet və yüksək xolesterin

Qeyri-sağlam qidalanma və hərəkətsiz, nizamsız həyat tərzi

Qulaqdakı xətt infarktın dəqiq göstəricisi deyil

Son vaxtlar sosial mediada yayılan qulaqda yaranan xəttin ürək xəstəliklərinin göstəricisi olduğu barədə iddialara da münasibət bildirən Baykan bunun qəti diaqnostik əlamət olmadığını deyib.

“Frank xətti kimi tanınan qulaq bükümü ilə bağlı müşahidə xarakterli araşdırmalar var. Lakin bunun ürək xəstəliyinin birbaşa səbəbi və ya dəqiq göstəricisi olduğu sübut edilməyib”, – deyə mütəxəssis bildirib.

Həkim insanların bu cür əlamətlərə deyil,real risk faktorlarına və yaranan simptomlaradiqqət yetirməsinin vacib olduğunu vurğulayıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yeni başlayan və keçməyən güclü döş qəfəsi ağrısı, xüsusilə də ağrı qola, kürəyə və ya çənəyə yayılırsa, vaxt itirmədən təcili tibbi yardıma müraciət edilməlidir.

Leyla Demokrat.az

D
demokrat.az