Şahzadə Diananın məşhur “intiqam libası” hərraca çıxarılacaq.
Demokrat.az xəbər verir ki, Diana 1994-cü ilin iyununda “Vanity Fair” jurnalının xeyriyyə gecəsinə qara, çiyinləri açıq libasla qatılıb.
Həmin gün o vaxtkı vəliəhd şahzadə Çarlz Kamilla Parker-Boulzla münasibətini ictimaiyyətə açıqlayıb. Bundan sonra Diana kral ailəsinin geyim qaydalarından kənara çıxaraq sözügedən libası geyinib və geyim mediada “intiqam libası” adlandırılıb.
Dizayner Kristina Stambolianın 1994-cü ildə hazırladığı qara ipək libas dekabrın 9-da “Sotheby's” hərrac evində satışa çıxarılacaq.
Libasın 220 min funt sterlinqə, yəni təxminən 14,4 milyon lirəyə satılacağı gözlənilir.
Hərrac evi bildirib ki, 1997-ci ildə vəfat edən şahzadənin indiyədək 79 libası xeyriyyə məqsədilə satılıb. Lakin sözügedən libas ilk dəfə satışa çıxarılır.


