Şou-biznes Özəl

Türk müğənni reanimasiyaya yerləşdirilib

Türk müğənni reanimasiyaya yerləşdirilib

“Zor”, “Sen Gibi” və “Mühürlü Kaderim” kimi mahnıları ilə 2000-ci illərin əvvəllərində böyük populyarlıq qazanan türk müğənni Nev səhhətində yaranan problemlə gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, əsl adı Nevzat Doğansoy olan 57 yaşlı sənətçinin qaraciyər xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirildiyi məlum olub.

Nevin bir müddətdir reanimasiya şöbəsində müalicə aldığı bildirilib. Qaraciyər xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirilən sənətçinin müalicəsi həkimlərin nəzarəti altında davam edir.

Sənətçinin şüurunun açıq olduğu bildirilib. Onun səhhəti ilə bağlı yeniliklər yaxından izlənilir.

Jalə Demokrat.az

D
demokrat.az