2026-cı ilin payızı bəzi insanlar üçün mühüm qərarların və həyat dəyişikliklərinin başlanğıcı ola bilər. Astroloji və numeroloji şərhlərə əsasən, aprel, may və noyabr aylarında doğulanlar qarşıdakı aylarda xüsusi dönüş nöqtələri ilə üzləşə bilərlər.
Demokrat.az xəbər verir ki, bu barədə "Parade" yazıb.
Mütəxəssislərin fikrincə, bu dövrdə həmin insanların şəxsi seçimləri, münasibətləri və gələcəklə bağlı planları yenidən nəzərdən keçirilə bilər.
Apreldə doğulanlar
Aprel ayında dünyaya gələnlər üçün payız daha çox daxili dəyişiklik və özünü dərk etmə dövrü kimi təqdim olunur. Onların qarşısında başqalarının gözləntiləri ilə şəxsi istəkləri arasında seçim etmək məsələsi yarana bilər.
Sentyabrın 26-da baş verəcək tam ayın bu baxımdan xüsusi əhəmiyyət daşıdığı bildirilir. Astroloji şərhlərə görə, həmin tarix ətrafında bəzi aprel doğumlular həyatlarının istiqamətini dəyişə biləcək qərar qəbul edə bilərlər.
Onlar özlərinə "Mən həqiqətən nə istəyirəm?" sualını verməli və başqalarının razılığını qazanmaq naminə yaşayıb-yaşamadıqlarını düşünməlidirlər. Bu suallara verilən cavablar payızın sonrakı aylarında mühüm dəyişikliklərə yol aça bilər.
Mayda doğulanlar
May ayında doğulanlar üçün əsas dönüş nöqtəsinin oktyabrın 26-da baş verəcəyi qeyd olunur. Bu tarixdəki tam ayın uzun müddət təxirə salınan məsələləri gündəmə gətirə biləcəyi düşünülür.
Söhbət yüksək maaşlı olsa da, insanı xoşbəxt etməyən işdən, kənardan ideal görünən, lakin daxilən məmnunluq yaratmayan münasibətdən və ya başqalarının gözləntilərinə uyğun formalaşdırılan həyat tərzindən gedə bilər.
Astroloji yanaşmaya görə, may doğumlular artıq köhnə vərdişlərin və həyat modellərinin onlara uyğun olmadığını daha aydın görə biləcəklər. Payızda yeni istiqamətlərə üz tutmaq və uzun müddətdir təxirə salınan dəyişikliklərə başlamaq istəyi güclənə bilər.
Noyabrda doğulanlar
Noyabr ayında anadan olanlar üçün payız daha mürəkkəb keçə bilər. Lakin astroloqlar bu dövrdə yaşanacaq çətinliklərin gələcəkdə müsbət nəticələrə səbəb ola biləcəyini düşünürlər.
Noyabrda Merkuri və Veneranın retrograd hərəkətinin təsiri altında yeni layihələrə başlamaq və hər şeyin problemsiz inkişaf edəcəyini gözləmək tövsiyə olunmur.
Bu dövrdə yaranan narahatlıq və əsəbilik əslində insanın artıq yorulduğu məsələləri üzə çıxara bilər. Noyabr doğumlular onları geridə saxlayan münasibətlərdən, vərdişlərdən və həyat şəraitindən uzaqlaşmaq ehtiyacı hiss edə bilərlər.
Beləliklə, onların payızdakı əsas "uğuru" asan yolla əldə edilən nəticədən çox, həyatlarında artıq ehtiyac olmayan şeylərdən qurtulmaq və yeni mərhələ üçün yer açmaqla bağlı ola bilər.
Jalə Demokrat.az


