Region

Paşinyan məhkəməyə verildi

Paşinyan məhkəməyə verildi

“Güclü Ermənistan” müxalifət partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib.

Bu barədə məlumat Ermənistanın məhkəmə informasiya sisteminin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, Karapetyan mayın 29-da Nikol Paşinyanın səsləndirdiyi ifadəni təhqir kimi qiymətləndirərək baş nazirdən ictimai şəkildə üzr istəməsini və 3 milyon dram (təxminən 8 min ABŞ dolları) məbləğində kompensasiya ödənilməsini tələb edir.

İddia ərizəsinin sentyabrın 9-da məhkəməyə daxil olduğu bildirilir.

Qeyd edək ki, Samvel Karapetyan son dövrdə Ermənistan hakimiyyətini, o cümlədən Nikol Paşinyanı kəskin tənqid edən müxalif siyasi fiqurlardan biridir.

Jalə Demokrat.az

D
demokrat.az