Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən rüşvət vermək və almaqla bağlı başlanan cinayət işi çərçivəsində Meğri icmasının rəhbəri Xaçatur Andreasyan və Eko-Patrul Xidmətinin Sünik regional bölməsinin rəisi də daxil olmaqla 8 nəfər saxlanılıb.
Demokrat.azxəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Komitə ilkin istintaqın maraqlarını əsas gətirərək əlavə təfərrüatları açıqlamayıb.
Demokrat.az


