“AİD Group” adı ilə xaricdə təhsil xidmətləri göstərən Nigar Fərhad zərərçəkənlərədəymişziyanı ödəməyə başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədəLent.az-a şikayətçilərdən biri məlumat verib.
O bildirib ki, bu günə kimi ümumilikdə 13 nəfərədəymiş ziyan ödənilib:
"Bizi istintaqa çağırdılar, izahat aldılar və bildirdilər ki, bir ay ərzində dəymiş ziyan bütünlükdə ödəniləcək. Dedikləri kimi də oldu, itirdiyimiz məbləği tam halda qaytardılar".
Qeyd edək ki, istintaq orqanı Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsibarədə tapşırıq vermişdi.
Demokrat.az


