Şou-biznes Özəl

Qızından ayrı qala bilmədi, anlaşdığı serialdan ayrıldı

Qızından ayrı qala bilmədi, anlaşdığı serialdan ayrıldı

Britaniyalı aktrisa Mişel Kiqan uzun illər övlad həsrətindən sonra dünyaya gələn qızı Palmadansa ayrı qalmaq istəməyib. 39 yaşlı aktrisa bu səbəbdən razılaşdığı yeni serial layihəsindən çəkilmək qərarına gəlib.

Demokrar.az xəbər verir ki, Mişel Kiqan və televiziya aparıcısı Mark Rayt 2012-ci ildə Dubayda tanış olub, 2015-ci ildə evləniblər. Cütlük uzun müddət övlad sahibi ola bilmədiyi üçün mediada müxtəlif iddialarla üzləşib. Onların qızı Palma 2025-ci ilin martında, evliliklərinin 10-cu ildönümündə dünyaya gəlib.

Aktrisa qızının doğulmasından sonra bir müddət ekranlardan uzaqlaşıb. Daha sonra fəaliyyətini bərpa edən Kiqan yeni serialda fəhlə sinfindən olan vəkil obrazını canlandırmalı idi. Lakin çəkilişlərin başlamasına cəmi bir neçə ay qalmış layihədən ayrılıb. Onun yerinə 44 yaşlı aktrisa Codi Uittaker dəvət olunub.

Məlumata görə, Kiqan layihəyə əvvəlcədən razılıq versə də, müqaviləni imzalamadan əvvəl qərarını dəyişib. Səbəb isə serialın intensiv çəkiliş qrafikinin onu qızı Palmadan uzun müddət uzaqda saxlayacaq olmasıdır.

Aktrisanın yaxınları bildiriblər ki, Kiqan rolu həqiqətən istəyib, lakin iş qrafiki ilə analıq arasında seçim etməli olub. O, hazırda karyerası ilə ailə həyatını balanslaşdırmağa və qızının yanında daha çox olmağa üstünlük verir.

Kiqan daha əvvəl ana olduqdan sonra işə qayıtmağın onun üçün qorxulu olduğunu etiraf etmişdi. O, eyni zamanda uzun illər övlad sahibi olmaması ilə bağlı ictimai təzyiqdən də danışaraq, şəxsi həyatı barədə mediada yayılan çoxsaylı xəbərlərin onu narahat etdiyini bildirmişdi.

Jalə Demokrat.az

D
demokrat.az