Ağsu rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağsu rayonunun kəndlərindən birində baş verib. 1993-cü il təvəllüdlü Təvəkkül kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində arvadı Qəmər (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 33 yaşlı kişi arvadını itələyərək yerə yıxıb, sonra isə ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Əri tərəfindən şiddət görən qadının hüquq-mühafizə orqanlarına müraciət etməsi ilə bağlı Təvəkkülə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, münasibətlərinin tam bərpa olunduğunu söyləyib.
Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsin dediklərini təsdiq edib. O, əri tərəfindən ona dəyən maddi və mənəvi ziyanın ödənildiyini, hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Ağsu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.


