Amerika futbolunun ulduzu Travis Kelçinin pop ulduzu Teylor Sviftlə iyul ayında ailə qurmasından bir neçə ay əvvəl ABŞ-ın Ohayo ştatında, Klivlend yaxınlığında 5,35 milyon dollara ) malikanə aldığı üzə çıxıb.
Demokrat.az xəbər verir ki, Kelçinin mart ayında aldığı və 1895-ci ildə inşa edildiyi bildirilən malikanədə səkkiz yataq otağı, 11 vanna otağı, hovuz, oyun otağı və ev kinoteatrı var.
Bratenalda göl sahilində yerləşən malikanənin qonşuları məşhur cütlüyü məhəllədə görməyi səbirsizliklə gözlədiklərini, eyni zamanda onların şəxsi həyatına hörmət edəcəklərini bildiriblər.
Bir neçə evi olan cütlüyün yeni malikanədə nə qədər qalacağı maraq doğurur.
Cütlük iki ay əvvəl Medison Skver Qardendə komediya aktyoru Adam Sendlerin rəhbərlik etdiyi, ulduzlarla dolu mərasimlə evlənmişdi.

Jalə Demokrat.az


