Maraqlı Özəl

İştirakçı cavabı tapa bilmədi, nazir sosial şəbəkədə paylaşdı — FOTO

İştirakçı cavabı tapa bilmədi, nazir sosial şəbəkədə paylaşdı — FOTO

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster?” yarışmasında 100 min lirə dəyərindəki sual sosial mediada gündəm olub. Yarışma iştirakçısı Sevgül Batur analıq məzuniyyəti ilə bağlı suala səhv cavab verib.

ATV-də yayımlanan proqramın son buraxılışında iştirakçıya 4857 saylı Əmək Qanununa əsasən qadın işçilərin təkdöllü hamiləlik zamanı doğuşdan əvvəl və sonra istifadə edə biləcəkləri ümumi analıq məzuniyyəti müddəti barədə sual verilib.

12, 16, 20 və 24 həftə variantlarının təqdim olunduğu 100 min lirəlik suala Sevgül Batur “12 həftə” cavabını seçib. Lakin düzgün cavabın 24 həftə olduğu açıqlanıb və yarışmaçı bu cavabdan sonra mübarizəni dayandırıb.

İştirakçı cavabı tapa bilmədi, nazir sosial şəbəkədə paylaşdı — FOTO

Sualın efirə getməsindən sonra Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş da məsələyə münasibət bildirib. Nazir sosial media hesabında çalışan anaların doğuş məzuniyyəti ilə bağlı yeni hüquqi dəyişikliyi xatırladıb.

Göktaş bildirib ki, “Ailə və Əhali Onilliyi” vizyonu çərçivəsində çalışan anaların doğuş məzuniyyəti müddəti 16 həftədən 24 həftəyə qədər artırılıb. O, bu məlumatı bir daha xatırlatmaq üçün yarışmadakı sualdan istifadə edib.

Nazir səhv cavab verərək yarışmadan kənarlaşan Sevgül Batura da xoş arzularını çatdırıb. O, iştirakçıya nəvəsi ilə birlikdə sağlam və xoşbəxt illər arzulayıb.

Göktaş həmçinin çalışan qadınların hüquqları ilə bağlı mühüm məsələnin yarışmada gündəmə gətirilməsinə görə proqramın yaradıcı heyətinə təşəkkür edib.

Demokrat.az

D
demokrat.az