Azərbaycan Mərkəzi Bankının yeni yaradılmış İstehlakçılarla İş Departamentinə direktor təyin edilib. Bu vəzifə Xəyal Vəlixan oğlu Babayevə həvalə olunub.
Demokrat.az-ın xəbərinə görə, X.Babayev ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qudasıdır. X.Babayev bundan öncə ötən il ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının Aparat rəhbəri vəzifəsində çalışıb. (Bakipost)


