Mədəniyyət

Bugün Yaşar Nurinin doğum günüdür

Bugün Yaşar Nurinin doğum günüdür

Bugün görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür.

Azərbaycan teatr və kinosunun unudulmaz siması, Xalq artisti Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda anadan olub. "Sovetski" məhəlləsində böyüyən aktyorun sənətə gəlişi təsadüfi olmayıb. Onun atası Məmmədsadıq Nuriyev də tanınmış sənətkar idi. Balaca Yaşar ilk dəfə 11 yaşında teatr səhnəsinə çıxıb.

İncəsənət İnstitutunu bitirən aktyor 1974-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. O, 50-dən çox filmdə, 100-dən artıq televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb. "Yol əhvalatı" və "Bəyin oğurlanması" filmləri ona böyük sevgilər qazandırıb.

Rəhimə xanımla ailə quran sənətkarın iki qızı dünyaya gəlib. Şöhrətin arxasında ağır iş rejimi və ailədən uzaq qalan günlər dayanırdı.

Ömrünün son illərində ağır qaraciyər xəstəliyindən əziyyət çəkən aktyor 2012-ci ildə 61 yaşında vəfat edib.

Demokrat.az

D
demokrat.az