Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirir.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüş zamanı Putin Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəyinə münasibət bildirib.
“Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi respublikanın qanuni hüququdur. Lakin Ermənistanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olması belə bir qərarın həyata keçirilməsində müəyyən çətinliklər yaradır”, – deyə Rusiya lideri bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daha əvvəl Ermənistanın Aİ-yə üzv olmasının mümkün nəticələri barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı yaranan fikir ayrılığı təsadüfi deyil, sistemli xarakter daşıyır.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət edəcəyini açıqlayıb. Paşinyan bildirib ki, İrəvanın Avropaya inteqrasiyası ilə bağlı yol xəritəsi hazırlandıqdan sonra Aİ və Aİİ-yə üzvlüklə bağlı referendum keçiriləcək.


