Maraqlı Özəl

Turşu hazırlayarkən bu duzdan istifadə edin, yoxsa...

Turşu hazırlayarkən bu duzdan istifadə edin, yoxsa...

Payızın gəlişi ilə qış üçün konserv və turşu hazırlıqları başlayıb. Mütəxəssislər məhsulların daha uzun müddət saxlanması üçün dəniz duzu əvəzinə qaya duzundan istifadə etməyi tövsiyə ediblər.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qaya duzunun tərkibindəki kalsium, maqnezium və kalium kimi minerallar konservləşdirilmiş məhsulların keyfiyyətinə və saxlanma müddətinə təsir göstərə bilər.

Türkiyənin Çankırı şəhərində duz satışı ilə məşğul olan İlyas Ak bölgədə istehsal olunan duzun tərkibi barədə danışıb:

“Çankırı duzumuzun tərkibində 84 mineral var. Satışa çıxardığımız duz tamamilə təmizdir. Təbiətdən çıxarıldığı formada yalnız gil və əhəng hissələri ayrılır, daha sonra daş dəyirmanda üyüdülərək süfrəyə təqdim olunur.

Bu duzlar dünyanın yaranması zamanı sıxılaraq əmələ gələn duzlardır. Tərkibində ağır metal və ya yad maddə yoxdur. Yad maddə kimi yalnız gil olur, onu da xüsusi avadanlıqla ayırdığımız üçün məhsulda qalmır.

Bizim duzumuz acı deyil, şirintəhər dada malikdir. Əlimdəki bu duz isə turşular üçün istifadə olunur. Bir qədər tünd rəngdədir və tərkibində az miqdarda gil var. Gil olduğu üçün turşunu hansı vəziyyətdə hazırlasanız, sonradan da həmin formada əldə edirsiniz. Hazırladığınız turşu bərkdirsə, bərk qalır, yumşaqdırsa, yumşaq olur”.

Artvin Çoruh Universitetinin Turizm fakültəsinin Qastronomiya və Kulinariya Sənətləri bölməsinin professoru Hüdayi Ercoşkun isə qaya duzunun tərkibindəki mineralların konservləşdirilən məhsullara təsir etdiyini bildirib:

“Duz qida texnologiyasında böyük əhəmiyyət daşıyır. Xüsusilə qış tədarükünün görüldüyü bu günlərdə turşu, sirkə, yarpaq, pomidor sousu və tomat pastası kimi məhsulların hazırlanmasında duzdan geniş istifadə olunur.

Bu məhsullarda istifadə edilən duzun tərkibi də böyük əhəmiyyət daşıyır. Bəzi qaya duzlarında olan kalsium, maqnezium və kalium mineralları meyvə və tərəvəzlərin tərkibindəki liqnin, sellüloza və pektinə təsir göstərir.

Bunun nəticəsində qaya duzu ilə hazırlanan məhsullar daha uzun müddət saxlanıla bilir. Turşular daha xırtıldayan olur, qaya duzu ilə hazırlanan yarpaqlar daha elastik və cırılmaya davamlı qalır. Pomidor sousu və tomat pastası isə daha qatı konsistensiyaya malik olur.

Dəniz duzlarında isə təəssüf ki, bu miqdarda kalsium və maqnezium olmaya bilər. Bu baxımdan dəniz duzu ilə hazırlanan məhsullar daha qısa müddətdə yumşala və xarab ola bilər, onların saxlanma müddəti də daha qısa ola bilər”. Demokrat.az

D
demokrat.az