Kriminal

"Mənə xəyanət etmisən" dedi, arvadını döydü — Qubada ailə qalmaqalı

Mənə xəyanət etmisən dedi, arvadını döydü — Qubada ailə qalmaqalı

Quba rayonunda kişi qısqanclıq zəminində yaranan mübahisə zəminində arvadını döyüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini Əlizaman həyat yoldaşı Rəfiqə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, onların arasında mübahisənin yaranmasına səbəb qısqanclıq olub. Əlizaman arvadının ona xəyanət etdiyini, başqa münasibəti olmasını bildirib.

Buna görə, onların arasında mübahisə başlayıb. Bundan hiddətlənən ər arvadına qarşı şiddət göstərib. O, əli ilə arvadının müxtəlif nahiyyələrinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.

Faktla bağlı Əlizamanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Əlizaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evinin həyətində həyat yoldaşı Rəfiqə ilə bağda işləyən zaman aralarında mübahisə yaranıb. Onun sözlərinə görə, mübahisə zamanı arvadını vuraraq xəsarətlər yetirib və həmin vaxt orada kənar şəxslər olmayıb.

İş üzrə zərərçəkmiş Rəfiqənin sözlərinə görə, Əlizaman ilə birlikdə həyətlərindəki bağda işləyən zaman qısqanclıq zəminində mübahisə edib: “Bu zaman Əlizamana mənə qarşı xəyanət etdiyini iddia edərək mübahisə başlatdım. Mübahisə zamanı o, mənə xəyanət etmədiyini bildirdi və əsəbləşərək üzərimə gəldi, bədənimin müxtəlif nahiyələrinə əl zərbələri ilə vuraraq xəsarət yetirdi”.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da ərinə qarşı şikayətçi olmadığını deyib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az