Dünya

ABŞ-dən İsrailə xəbərdarlıq — “İrana zərbə vurmayın”

ABŞ-dən İsrailə xəbərdarlıq — “İrana zərbə vurmayın”

ABŞ İsrailə İrana birtərəfli zərbələr endirməməklə bağlı xəbərdarlıq edib.

Demokrat.az “Al-Hadath” telekanalına istinadən xəbər verir ki, Vaşinqton idarəçiliyi, eyni zamanda, Suriya ilə gərginliyin azaldılması istiqamətində də İsrailə təzyiqləri artırıb.

Məlumata görə, Təl-Əviv isə amerikalı tərəfdaşlarına Qəzza zolağı və Livana hücumları davam etdirmək niyyətində olduğunu bildirib.

Məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Kerolayn Levitt hazırda ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair heç bir danışığın aparılmadığını vurğulayıb. O bildirib ki, Vaşinqton Tehranın danışıqlar masasına oturmağa hazır olduğuna əmin olana qədər bu mövqeyini qoruyacaq.

Xatırladaq ki, bir qədər əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müşaviri, briqada generalı Məhəmməd Rza Nəğdi ölkəsinin təhlükəsizliyini təmin etmək üçün müharibəni ABŞ-də 2028-ci ilin noyabrında keçiriləcək növbəti prezident seçkilərinə qədər uzatmaq variantını nəzərdən keçirdiklərini bəyan etmişdi.

Demokrat.az

D
demokrat.az