Sosial

Abituriyentlərin nəzərinə: Təhsil tələbə kreditinə müraciət başlayır

Abituriyentlərin nəzərinə: Təhsil tələbə kreditinə müraciət başlayır

2026–2027-ci tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunan tələbələr təhsil tələbə kreditindən yararlana biləcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

Bildirilib ki, əyani və ödənişli əsaslarla təhsil almaq hüququ qazanan şəxslər kredit üçün müraciət edə bilərlər.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər avqustun 28-dən etibarən təhsil tələbə kreditindən yararlanmaq üçün elektron müraciət edə biləcəklər. Bunun üçün ilk növbədə razılıq ərizəsinin əldə edilməsi tələb olunur.

Razılıq ərizəsini notariat ofislərindən, “ASAN xidmət” mərkəzlərindən, “Mobil notariat” və ya “mygov” tətbiqindən əldə etmək mümkündür. Daha sonra müraciət [e-ttkf.edu.az](https://www.e-ttkf.edu.az/) portalı üzərindən həyata keçirilir.

Fond tələbələrə müraciət prosesində dəstək göstərmək üçün həftənin iş günləri saat 09:00-dan 18:00-dək yardım masası təşkil edib. Yardım masası Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34, AF Mall-ın 18-ci mərtəbəsində fəaliyyət göstərir.

Tələbələr həmçinin Fondun Çağrı Mərkəzi, WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciət edərək lazımi məlumat və dəstəyi əldə edə bilərlər.

Demokrat.az

D
demokrat.az