Gündəm

Dörd saata 1 milyon 457 min nəfər səs verib — Seçici fəallığı

Dörd saata 1 milyon 457 min nəfər səs verib — Seçici fəallığı

Azərbaycanda növbədənkənar parlament seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Demokrat.az-ın məlumatına görə,Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 27,35 faiz olub.

O, səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən bu saatadək 1 457 776 nəfərinin səs verdiyini deyib.

Demokrat.az

D
demokrat.az