Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 8-də Neftçala şəhərindəki yanğının söndürülməsi barədə məlumat yayıb.
FHN-dən Demokrat.az-a bildiriblər ki, Neftçala şəhəri H.Əliyev prospekti 4 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.
Əlavə məlumat veriləcək.


