Şou-biznes Özəl

14 il sonra eyni serialda: Məşhur cütlük yenidən bir arada

14 il sonra eyni serialda: Məşhur cütlük yenidən bir arada

Türkiyənin tanınmış aktyorları Bergüzar Korel və Kenan İmirzalıoğlu illər sonra yenidən eyni ekran layihəsində tərəf müqabili olacaqlar.

Demokrat.az xəbər verir ki, Bergüzar Korel A.B.İ serialının ikinci mövsümünün heyətinə qoşulub. Beləliklə, aktrisa baş rolda Kenan İmirzalıoğlunun canlandırdığı Doğan obrazının yeni tərəf müqabili olacaq.

Bu, iki aktyorun uzun fasilədən sonra ikinci dəfə eyni layihədə bir araya gəlməsi ilə diqqət çəkir. Korel və İmirzalıoğlu daha əvvəl 2011-2015-ci illərdə yayımlanan və böyük izləyici auditoriyası toplayan "Karadayı" serialında baş rolları paylaşmışdılar.

Korel A.B.İ-nin mövsüm finalında yalnız ayaqları görünən və tamaşaçılarda maraq yaradan sirli qadın obrazını canlandıracaq. Onun qəhrəmanının Doğanın keçmişi ilə əlaqəli olduğu və yeni mövsümdə hadisələrin gedişatında mühüm rol oynayacağı bildirilir.

Serialın ikinci mövsüm çəkilişlərinin 22 avqustda başlaması planlaşdırılır. Yeni mövsümdə Doğanın intiqam mübarizəsinin və aksiyon səhnələrinin daha da ön plana çıxacağı gözlənilir.

Qeyd edək ki, Afra Saraçoğlunun layihədən ayrılmasından sonra Kenan İmirzalıoğlunun yeni tərəf müqabilinin kim olacağı maraq doğururdu. Bu sualın cavabı isə Bergüzar Korelin A.B.İ-yə qatılması ilə məlum olub.

Jalə Demokrat.az

D
demokrat.az