Braziliyalı model və aktrisa Tereza Fonseka 28 yaşında rejissor və fotoqraf Qustav von Fürstenberq ilə Braziliyada ailə həyatı qurub.
Demokrat.az xəbər verir ki, cütlüyün toyu isə gəlinin seçdiyi qeyri-adi libasla diqqət mərkəzinə düşüb.
Tereza Fonseka Hollivud əfsanəsi Audrey Hepburnun 1964-cü ildə çəkilən “My Fair Lady” filmində geyindiyi məşhur ağ libasdan ilhamlanan gəlinlik seçib. "Givenchy" imzalı gəlinliyin hazırlanmasına 1 400 saat sərf olunub və üzərindəki bütün bəzəklər xüsusi olaraq əl işi ilə hazırlanıb.
Model görünüşünü uzun əlcəklər, xüsusi hazırlanmış duvaq və baş aksesuarı ilə tamamlayıb. Gəlinlik sosial mediada geniş müzakirələrə səbəb olub və 2026-cı ilin yayında məşhurların toylarında seçilən libaslar arasında ən çox diqqət çəkənlərdən birinə çevrilib.
Maraqlı məqam isə damadın soyadı ilə bağlıdır. Gustav von Fürstenberg soyadına görə Avropanın tanınmış aristokrat ailəsi ilə əlaqələndirilsə də, onun məşhur şahzadə Egon Fürstenbergin nəslindən gəlmədiyi bildirilir.




Jalə Demokrat.az


